Ərdoğan Əl Nəhyan ilə telefon danışığı etdi

22:34 - 15 Dekabr 2023

Ərdoğan Əl Nəhyan ilə telefon danışığı etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, danışıq zamanı İsrailin Qəzzaya hücumları, bölgədə qalıcı atəşkəs yaratmaq səyləri, Türkiyənin fələstinlilərə humanitar yardım çatdırma səyləri və sülhün təmin edilməsi üçün atılan addımlar müzakirə edilib.

Ərdoğan görüş zamanı İsrailin ən qısa zamanda dayandırılmasının və daimi atəşkəsin təmin edilməsi üçün atılan addımların davam etdirilməsinin vacib olduğunu bildirib.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az