"Ukrayna tezliklə Aİ-yə daxil ola bilməyəcək" - Makron

00:04 - 16 Dekabr 2023

\"Ukrayna tezliklə Aİ-yə daxil ola bilməyəcək\" - Makron

Brüsselin qərarına baxmayaraq, Ukrayna hələ də Avropa İttifaqına (Aİ) daxil olmaqdan çox uzaqdır.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

O, Aİ-nin qərarını hüquqidən daha çox siyasi adlandırıb.

“Biz Aİ-nin Ukrayna hesabına genişlənməsindən çox uzağıq. İstənilən halda, həll yolu nə olursa olsun, bu, daxili qaydalarda ciddi islahatlar tələb edəcək ki, bu da yalnız maliyyələşdirmənin artırılması ilə mümkündür”, - deyə Makron Aİ sammitindən sonra deyib.

Qeyd edək ki, Aİ sammiti dekabrın 14-15-də baş tutub. Sammitdə Ukrayna ilə üzvlük danışıqlarının başlamasına qərar verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az