Ali Məhkəmə Trampın namizəd olmasına yol açdı

15:55 - 09 Fevral 2024

Ali Məhkəmə Trampın namizəd olmasına yol açdı

ABŞ Ali Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın “qiyam” cinayətini törətdiyi üçün səsvermədə iştirak edə bilməyəcəyinə qərar verən ştat arqumentini yetərsiz hesab edib.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 9 hakimdən ibarət məhkəmə Kolorado ştatının rəsmilərini və Trampın vəkillərini dinləyib.

Trampın vəkilləri, sözügedən maddənin bir dövlət tərəfindən prezidentə və ya prezidentliyə namizədə tətbiq edilə bilməyəcəyini, bu maddədə qeyd olunan şəxsin birbaşa prezident olmadığını, hətta bu məsələ ilə bağlı qərar verilməli olsa belə, burada əsl səlahiyyət ştatlarda deyil, ABŞ Konqresində olduğunu müdafiə edib.

Vəkilləri Trampın Konqresə basqındakı rolunun “üsyan” olmadığını müdafiə edib.

Ştatların bu maddəyə əsaslanaraq prezidentliyə namizədin qarşısının alınmasının sözügedən maddənin yanlış şərhi olduğunu bildiriblər.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az