Aviaşirkət baqajı və sərnişinləri birlikdə çəkəcək

16:33 - 09 Fevral 2024

Aviaşirkət baqajı və sərnişinləri birlikdə çəkəcək

Finlandiyanın Milli Hava Yolları şirkəti Finnair, sərnişinləri təyyarələrinə minməzdən əvvəl ölçüb-biçəcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna səbəb kimi səyahət təhlükəsizliyi gəstərilib.

Aviaşirkətin sözçüsü Kaisa Tikkanen verdiyi açıqlamada: “Helsinki hava limanında bu həftə bazar ertəsi ölçmələr başladı. İndiyədək 500-dən çox könüllü müştəri çəki ölçmədə iştirak etdi” deyib.

Aviaşirkət bildirib ki, yanacaq, yoxlanılmış baqaj və yük, uçuş zamanı iaşə, su çənləri və əlbəttə ki, müştərilərin çəkisi daxil olmaqla, təyyarənin ümumi çəkisinin hesablanması səyahətləri daha təhlükəsiz etməyin bir hissəsi olduğunu deyib.

Qeyd edək ki, şirkət sərnişinlərin çəkilərinin yalnız tərəzidən istifadə edən şəxs tərəfindən görüləcəyini bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az