Ermənistan MSK 3 nəfərə mandat verdi

17:06 - 09 Fevral 2024

Ermənistan MSK 3 nəfərə mandat verdi

Ermənistan Mərkəzi Seçki Komissiyası keçmiş meri Hayk Marutyan və “Ana Ermənistan” blokunun iki nümayəndəsi Sona Aqekyan və Narine Ayrapetyanın əvəzinə İrəvanın Ağsaqqallar Şurasının 3 yeni üzvünə mandat verib.

 

Manset.az Moder.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Onları paytaxtın rəhbər orqanında müvafiq olaraq Aram Manukyan, Armenak Danielyan və Susanna Melikyan əvəz edəcək.

Fevralın 7-də keçirilən iclasda Marutyan və iki müxalif həmkarı çoxsaylı səbəbsiz iştirak etməmələri əsas gətirilərək mandatlarından məhrum ediliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az