İranın Məhkəmə-Ədliyyə Hakimiyyəti ötən ay 35 edam hökmü çıxarmaqla son bir ildə rekord qırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranda İnsan Haqları Fəalları Qrupu 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvarında edam sayının çox olduğunu bildirib.
Qeyd olunub ki, İranda son həftələrdə ölüm hökmlərinin artması bir çox reaksiyalarla qarşılanıb.
Belə ki, Avropa Parlamenti dünən qəbul etdiyi qətnamədə İrandakı bütün edama məhkum edilən siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib.
Əfsanə Rəcəb
Manşet.az