İsveçrədə təxminən 4 saat ərzində qatarda 15 nəfəri girov götürən baltalı və bıçaqlı təcavüzkar polis tərəfindən vurularaq zərərsizləşdirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisənin terrorla əlaqəsi olub-olmadığı hələlik bəlli deyil və məsələ ilə bağlı araşdırmalara başlanılıb.
Tərcüməçi vasitəsilə təcavüzkarla aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra 60-a yaxın polis qatara basqın edib.
Polisdən verilən açıqlamada, basqın zamanı 32 yaşlı sığınacaq axtaran şəxsin güllələnərək öldürüldüyü, 4 saata yaxın girov saxlanılan sərnişinlərin isə xəsarət almadan xilas edildiyi bildirilib.
Əfsanə Rəcəb
Manşet.az