Bu ölkənin Baş nazirinin həyat yoldaşı boşanmadan əvvəl GÖRÜN NƏ ETDİ - FOTO

18:08 - 09 Fevral 2024

Bu ölkənin Baş nazirinin həyat yoldaşı boşanmadan əvvəl GÖRÜN NƏ ETDİ - FOTO

Kanadanın Baş naziri Castin Trüdonun həyat yoldaşı boşanmadan əvvəl sevgilisinin yanına köçüb.

 

Manset.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumatda bildirilir ki, siyasətçi 2023-cü ilin avqustunda həyat yoldaşından ayrıldığını açıqlayıb. Onun sözlərinə görə, boşanma qərarını çətin verib.

Sonradan məlum olub ki, Sofi Trüdon boşanmadan öncə 48 yaşlı cərrah sevgilisinin yanına köçüb. Bildirlir ki, Markos Bettolli də evli imiş, lakin 2023-cü ilin aprelində həyat yoldaşı boşanmaq üçün ərizə verib.

Boşanma ərizəsində Sofi Trüdonun adı birbaşa çəkilməyib. Sənəddə baş nazirin həyat yoldaşı "medianın əhəmiyyətli diqqətini çəkən və yüksək təhlükəsizlik tələbləri olan tanınmış şəxs" adlandırılır.

Qeyd edək ki, Castin Trüdo və Sofi Qreqori 2005-ci ildə evləniblər. Onların 15, 14 və 9 yaşlı üç övladı var.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az