11 minlik internet işlədən nazir istefa verdi - ŞOK HADİSƏ

19:22 - 09 Fevral 2024

11 minlik internet işlədən nazir istefa verdi - ŞOK HADİSƏ

Şotlandiyanın səhiyyə naziri Maykl Mathesonun istefa verib.


Manset.az türk mediasına istinadə. xəbər verir ki, buna səbəbə 11 min funt-sterlinqlik internet xərcinə görə yaranan qalmaqal olub.

Böyük Britaniyaya bağlı 4 ölkədən biri olan Şotlandiyanın səhiyyə naziri Maykl Mathesonun dövlət tərəfindən təmin edilən mobil cihazı üçün 11 min funt-sterlinqlik internet hesabı keçən il mətbuatda dərc edilmişdi və bu səbəbdən tənqid hədəfinə çevirilmişdi. 

Nazir Matheson daha sonra şəxsi büdcəsindən hesabı ödəyərək üzr istəmiş və mobil cihazının internet xidmətindən 2022-ci ildə Mərakeşdə tətildə olarkən oğulları tərəfindən istifadə edildiyini açıqlamışdı. Lakin Şotlandiya Parlamenti bu yaxınlarda məsələ ilə bağlı araşdırmaya başlayıb.

Matheson rəsmi açıqlama verərək, yoxlamanın və istefanın nəticəsini hələ bilmədiklərini vurğulayaraq, “Bunun hökumətin gündəmini məşğul etməməsi  üçün indi istefa vermək mənim və hökumətin marağındadır", deyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az