Rusiyada tələbə şagirdi güllələdi

20:28 - 09 Fevral 2024

Rusiyada tələbə şagirdi güllələdi

Rusiyanın Tümen vilayətində kollec tələbəsi ov tüfəngi ilə 14 yaşlı məktəblini güllələyib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki,  insident İşim çayının sahilində baş verib. Yaxınlıqdakı kəndlərdən birində yaşayan İşim Texnikumunun 2-ci kurs tələbəsi kənd məktəbinin 8-ci sinif şagirdini ov tüfəngi ilə sinəsindən güllələyib. Sonradan məlum olduğu kimi, silah qeydiyyata alınmayıb.

Çay sahilində baş verənlərlə bağlı detallar aydınlaşdırılır. Hələlik hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səhlənkarlıq ucbatından baş verdiyini ehtimal edirlər.
Tələbə barəsində cinayət işi açılıb. Onun barəsində heç bir qabaqlayıcı tədbir seçilməyib. Xəsarət alan şagird isə xəstəxanadadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az