Moskvadan Qarabağdakı sülhməramlılarla bağlı vacib AÇIQLAMA

12:18 - 10 Fevral 2024

Moskvadan Qarabağdakı sülhməramlılarla bağlı vacib AÇIQLAMA

Moskva regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Qaluzin qeyd edib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır.

"Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az