Son Dəqiqə! Türkiyədə AKP-nin tədbirində silahlı hücum - Xəsarət alan var

20:00 - 10 Fevral 2024

Son Dəqiqə! Türkiyədə AKP-nin tədbirində silahlı hücum - Xəsarət alan var

Türkiyədə AKP-nin seçki ilə bağlı tədbirində silahlı hücum olub, xəsarət alan var.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X”dəki hesabında yazıb.

Nazir qeyd edib ki, saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece rayonunda AKP-nin bələdiyyə sədrliyinə iddialısı Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb.

Hücum zamanı E.G.D adlı qadın yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.

“Xəsarət alan vətəndaşımıza tezliklə şəfa diləyirəm. Seçki prosesinə və demokratiyamıza qarşı belə iyrənc hücumları qətiyyətlə pisləyirəm”, - nazir qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az