Fransa nüvə təhlükəsindən son anda qurtuldu

20:09 - 10 Fevral 2024

Fransa nüvə təhlükəsindən son anda qurtuldu

Cümə günündən şənbəyə keçən gecə Fransanın mərkəzində yerləşən Çinon Atom Elektrik Stansiyasında (AES) yanğın baş verib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.

Bildirilib ki, yanğın Fransa AES-in üçüncü enerji blokunda, nüvə zonasından kənarda başlayıb. Yanğına səbəb naməlum səbəbdən yanan transformator olub.

Stansiya rəhbərliyinin sözlərinə görə, yanğınsöndürmə sistemi vaxtında işə düşüb, yanğın artıq söndürülüb, əhali və ətraf mühit üçün hər hansı təhlükə yoxdur. Eyni zamanda, qeyd edilir ki, iki istehsalat enerji blokunun fəaliyyəti növbəti xəbərdarlığa qədər dayandırılıb.

Hazırda yanğının səbəbi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az