Nigeriyada Toydan gəlini və 63 qadını qaçırdılar

20:57 - 10 Fevral 2024

Nigeriyada Toydan gəlini və 63 qadını qaçırdılar

Nigeriyada quldurlar pul müqabilində gəlini və toy qonaqlarını qaçırıblar.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nigeriyanın Katsina əyalətində baş verib.

Belə ki, gəlin və toya gələnlər quldurların pusqusuna düşüblər. Quldurlar 63 qadını qaçırıblar. Bir neçə gün sonra onlar pul tələb etdikləri videonu yayıblar. Onlar pulu almadığı təqdirdə gəlini başqa kişiyə ərə verəcəyi və qaçırılan qonaqları satacağı ilə hədələyiblər.

Dövlətin daxili təhlükəsizlik üzrə komissarı Muazu Nasiru bildirib ki, hüquq-mühafizə orqanları qaçırılanların xilas edilməsi üçün əməliyyat keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az