Xaçmazda üçmərtəbəli məktəbdə yanğın oldu

23:26 - 09 Aprel 2024

Xaçmazda üçmərtəbəli məktəbdə yanğın oldu

Xaçmazda üçmərtəbəli məktəbdə yanğın baş verib.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 36 m² olan bir otağında üç ədəd kompüter, iki ədəd stol və 0,5 p.m elektrik naqilləri yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az