Abşeron rayonu ərazisində "Fiat” markalı minik avtomobili "KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Manşet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Fiat” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.