Abşeron rayonunda təmirə dayanan "Iveco” markalı sərnişin avtobusunun salon hissəsi yanıb.
Manşet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan yaxınlıqda dayanan "MAZ” markalı avtokranın güzgüsü və sol qapısı qarsalanıb.
Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.