Bakının Yasamal rayonunda yerləşən "Azərsu” ASC-nin nasosxanasından meyit tapılıb.
Manşet.az xəbər verir ki, Bu barədə Baş Prokurorluqdan Qafqazinfonun sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, paytaxt sakini, 1976-cı il təvəllüdlü Rüfət Quliyevin Yasamal rayonu ərazisində ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı araşdırma aparılır.