Azərbaycanda 2 azyaşlı övladı olan 30 yaşlı qadın intihar etdi

22:51 - 09 Noyabr 2021

Azərbaycanda 2 azyaşlı övladı olan 30 yaşlı qadın intihar etdi

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Manşet.az-ın məlumatına görə, hadisə Qımılqışlaq kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Sevda Eyvaz qızı Qurbanova özünü yaşadığı evin həyətində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Qadının yaxınlarının sözlərinə görə, S.Qurbanovanın özünə qəsd etməsinin səbəbi onun onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Qeyd edək ki, onun 2 azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az