Füzulidə 35 yaşlı kişi və qızı pomidor turşusundan zəhərləndi - Ata öldü

11:14 - 15 Noyabr 2021

Füzulidə 35 yaşlı kişi  və qızı pomidor turşusundan zəhərləndi - Ata öldü

Ötən gün “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı Füzuli rayonundan 2 nəfər (ata və qızı) daxil olub.

Bu barədə Manset.az-a KTM-dən məlumata verilib.

Bildirilib ki, pomidor turşusundan zəhərlənən 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyevanın vəziyyətləri Mərkəzə gətirilərkən ağır olub. Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. A.Mirzəyeva reanimasiyadadır, vəziyyəti kəskin ağırdır.

Qeyd edək ki, turşudan zəhərlənən ata və qızı noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az