Masallıda yol qəzası olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərçivan-Bədəlan kənd yolunda baş verib. "Opel" markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarətlər alıb.
Sürücü deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma gedir.