Ağdaşda AĞIR QƏZA - Ölən var

13:29 - 26 Aprel 2025

Ağdaşda AĞIR QƏZA - Ölən var

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.


Manset.az Report.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşublar. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov hadisə yerində ölüb. 39 yaşlı Maqsud Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az