Türkiyənin Antalya şəhərində baş verən dəhşətli yol qəzası baş verib.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, vətəndaş Görkem Tosun atasına məxsus 07 BMZ 730 dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə hərəkət edərkən sükan idarəetməsini itirib.
Nəticədə avtomobil yolun sağ tərəfində park edilmiş 07 MZV 63 dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.
25 yaşlı sürücü G.Tosun hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.