Türkiyənin Giresun vilayətində baş verən ağır yol qəzası faciə ilə nəticələnib.
Manset.az-ın məlumatına görə, iki avtomobil toqquşub.
Qəza barədə məlumat alan polis, sağlamlıq və xilasetmə qrupları dərhal hadisə yerinə cəlb olunub.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıblar. Lakin yaralılardan biri göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.