Ailə münaqişəsi bıçaqlanma ilə nəticələndi 

23:07 - 03 May 2025

Ailə münaqişəsi bıçaqlanma ilə nəticələndi 

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1977-ci il təvəllüdlü A.Yusifov əl nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, A.Yusifov ailə münaqişəsi zəminində qudası ilə mübahisə edərkən bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv