Ağstafada avtomobillər toqquşdu - 5 nəfər xəsarət aldı

23:42 - 04 May 2025

Ağstafada avtomobillər toqquşdu - 5 nəfər xəsarət aldı

Ağstafa rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, Bakı – Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində minik avtomobilləri toqquşub.

Qəza nəticəsində M. Əlizadə (1998), G. Məmmədova (1970), V. Abbasov (1977), N. Məmmədov (1989), R. Əfəndiyev (1997) yaralanıblar. Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv