Maşın aşdı - Ana və oğlu yaralandı  

20:34 - 05 May 2025

Maşın aşdı - Ana və oğlu yaralandı  

Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, "Renault" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan Babək rayon, Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Məmmədova Gülnarə Məmmədəli qızı və oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Yaşar Abbas oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv