İki minik avtomobili toqquşdu: Xəsarət alanlar var  

20:57 - 05 May 2025

İki minik avtomobili toqquşdu: Xəsarət alanlar var  

Zaqatalada iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az-ın məlumatına görə, qəza axşam saatlarında Zaqatala şəhərinin Faiq Əmirov küçəsində qeydə alınıb. 1961-ci il təvəllüdlü Samirat Əliyevanın idarə etdiyi “KIA” markalı avtomobillə, 1982-ci il təvəllüdlü Zöhrab Qardaşovun sürdüyü “Opel” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv