Sevgilisinin saçını qırxan kişi həbs edildi

12:07 - 07 May 2025

Sevgilisinin saçını qırxan kişi həbs edildi

Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib.

1981-ci il təvəllüdlü Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb.

G.Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib. Təxminən 3 saat sonra A.Məmmədli saxlanılıb. O, saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyməyə başlayıb.

Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib. A.Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. 

Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hazırda həmin şəxsin qadına qarşı hüquqazidd əməli ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv