Yük maşını ilə mikroavtobus toqquşdu - xəsarət alanlar var

17:39 - 10 May 2025

Yük maşını ilə mikroavtobus toqquşdu - xəsarət alanlar var

Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var.


Manset.az xəbər verir ki, hadisə Şəki şəhəri, Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv