Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - VİDEO

09:04 - 13 May 2025

Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - VİDEO

Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında körpələrə vaxtı keçmiş məhsulların verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.


Manset.az ATV-yə istinadən xəbər verir ki, iddialara görə, uşaqlara təqdim olunan yumurtaların istifadə müddəti keçib, toyuq əti isə normadan qat-qat aşağı təqdim olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələni nəzarətə götürüb və qanunvericiliyə uyğun araşdırma aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir və 151 saylı bağçada da müvafiq araşdırmalar aparılıb, çatışmazlıqlar aşkarlanmayıb.

Ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv