Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, insident şəhərin Azadlıq küçəsində qeydə alınıb.
Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil yolu keçmək istəyən piyadalar - 2006-cı il təvəllüdlü Gülsüm İlqar qızı Quliyeva, Dərya Səməd qızı Quliyeva, Əfsanə İsa qızı İsayeva və 2005-ci il təvəllüdlü Xanımzər Tağıyevanı vurub.
Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Onlardan Gülsüm Quliyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.