Bu tarixlərdə aeroport yolunda məhdudiyyət tətbiq olunacaq 

12:25 - 11 Fevral 2026

Bu tarixlərdə aeroport yolunda məhdudiyyət tətbiq olunacaq 

Bakının Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığı) fevralın 14-15-də mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiya ilə birlikdə sökülərək yerində yenisinin quraşdırılması işləri ilə əlaqədar aeroport yolunda məhdudiyyət tətbiq olunacaq.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevralın 14-ü saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metro stansiyası istiqamətində, fevralın 15-də isə həmin saatlarda "Koroğlu" metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az