Mayın 17-si saat 22:25 radələrində Bakıda ictimai nəqliyyatda xoşagəlməz hadisə qeydə alınıb.
Manset.az-ın məlumatına görə, sərxoş vəziyyətdə olan bir sərnişin 65 nömrəli marşrut xətti üzrə hərəkətdə olan avtobusun şüşəsini zədələyib. Hadisə Yasamal rayonu ərazisində, Tbilisi prospektində baş verib. Avtobus hərəkətdə olarkən, orta yaşlı kişi qapı önünə yaxınlaşaraq sürücüdən dayanmasını tələb edib. Tələbi yerinə yetirilmədikdə isə o, avtobusun şüşəsini sındırıb.
Daha sonra həmin şəxs sakit şəkildə nəqliyyat vasitəsini tərk edərək ərazidən uzaqlaşıb.
Məlumat dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə bildirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: