Bakıda bir nəfərin mədəsindən 9 ədəd qaşıq çıxarılıb.
Manset.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə saatlarında baş verib. Məlumata görə, saat 01:00 radələrində Şəhər Klinik Xəstəxanalarından birinə bir neçə metal qaşıq udan şəxs barədə təcili tibbi yardım üçün müraciət olunub. Buna qədər isə xəstənin vəziyyətinə görə, o bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.
Endotraxeal anesteziya altında aparılan və təxminən 4 saat davam edən prosedur zamanı pasiyentin udduğu, iki hissəyə bölünmüş ümumilikdə 9 ədəd 18 parça metal qaşıq təhlükəsiz şəkildə çıxarılıb.
Bildirilir ki, Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış və elə qaşıqları da orada olarkən udub.
O da bildirilib ki, hazırda pasiyent reanimasiya şöbəsində nəzarət altındadır və vəziyyəti stabildir.
Videomaterialı təqdim edirik: