"Şamaxı" ikinci hissənin əvvəlində daha aqressiv oynadı"

17:32 - 10 Fevral 2026

\"Şamaxı\" ikinci hissənin əvvəlində daha aqressiv oynadı\"

"Şamaxı" "Qarabağ"la oyunun ikinci hissəsinin əvvəlində daha aqressiv oynayıb.


Manset.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan sonra mətbuat konfransında açıqlama verib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XIX turunda səfərdə "Şamaxı"nı məğlub etdikləri (2:1) matçla bağlı fikirlərini bölüşüb:

"İlk növbədə azarkeşlərə təşəkkür edirəm. Belə hava şəraitində komandanın yanında oldular. Futbolçuları təbrik edirəm. Vacib üç xal qazandıq. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissənin əvvəlində "Şamaxı" bizə nisbətən aqressiv idi. Bizdə bu çatışmırdı. Belə meydanda oyunu ələ ala və topa nəzarət edə bildik. "Şamaxı"nı da yaxşı oyuna görə təbrik edirəm. Baş məşqçiləri Ayxan Abbasova uğurlar arzulayıram".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az