Bakıda şəxs 9 qaşığı necə udub? - VİDEO

08:00 - 20 May 2025

Bakıda şəxs 9 qaşığı necə udub? - VİDEO

Bakıda bir nəfərin mədəsindən 9 ədəd qaşıq çıxarılıb.


Manset.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə saatlarında baş verib. Məlumata görə, saat  01:00 radələrində Şəhər Klinik Xəstəxanalarından birinə  bir neçə metal qaşıq udan şəxs barədə təcili tibbi yardım üçün müraciət olunub. Buna qədər isə xəstənin vəziyyətinə görə, o bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Endotraxeal anesteziya altında aparılan və təxminən 4 saat davam edən prosedur zamanı pasiyentin udduğu, iki hissəyə bölünmüş ümumilikdə 9 ədəd 18 parça metal qaşıq təhlükəsiz şəkildə çıxarılıb.

Bildirilir ki, Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış və elə qaşıqları da orada olarkən udub.

O da bildirilib ki, hazırda pasiyent reanimasiya şöbəsində nəzarət altındadır və vəziyyəti stabildir.

Videomaterialı təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv