DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Manset.az-a bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.
***
Bakıda əli bıçaqlı bir qadın avtobusa minib.
Manset.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Qadının hərəkəti avtobusda olan digər sərnişinlərin qorxu keçirməsinə səbəb olub.
Nəticədə, bir çox sərnişin bu vəziyyətdən narahat olaraq geri çəkilib.
Həmin görüntüləri təqdim edirik: