Bakıda küçədə qadın qaçırıldı - VİDEO

11:01 - 21 May 2025

Bakıda küçədə qadın qaçırıldı - VİDEO

Bakının Şüvəlan qəsəbəsində 44 yaşlı qadın qaçırılıb. 


Manset.az xəbər verir ki, polis qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntüləri araşdırıb.

Qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv