Azərbaycanda AĞIR QƏZA: Sürücü öldü - FOTOLAR

10:59 - 28 May 2025

Azərbaycanda AĞIR QƏZA: Sürücü öldü - FOTOLAR

İsmayıllıda avtomobil qəzası baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, mayın 28-də saat 04 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun təmir gedən hissəsində dayanan ağır tonnajlı texnikaya çırpılıb.

Nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv