Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda ağır yol qəzası baş verib.
Manset.az xəbər verir ki, bu barədə məlumat Habertürk-də yer alıb.
Qeyd olunub ki, işçiləri daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.
Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Qəzanın səbəbi və xəsarət alanların durumu məlum deyil.