Azərbaycanda toyda döyülən kişi xəstəxanada öldü 

20:21 - 05 İyun 2025

Azərbaycanda toyda döyülən kişi xəstəxanada öldü 

Cəlilabad rayon sakini xəstəxanada ölüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Həziabad kənd sakini, 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda döyülüb. Daha sonra o, xəstəxanaya gətirilib.

Bu gün isə xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, ilkin məlumata görə, Masallı rayonu ərazisində baş verən mübahisə zamanı onu döyən şəxsin həmkəndlisi 22 yaşlı Babək Şahmarov olduğu müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv