Ana övladının vəfat xəbərini eşidib öldü - Abşeronda FACİƏ

23:56 - 15 İyul 2025

Ana övladının vəfat xəbərini eşidib öldü - Abşeronda FACİƏ

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.

Belə ki, hadisə zamanı mənzildə iki uşaq olub. Onlardan biri - 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.

Mərhumun anası isə ağır yaralı olduğu üçün övladının öldüyünü ondan gizlədiblər.

Övladının ölüm xəbərini bu gün öyrənən ana dözməyərək ölüb.

Digər uşaq mənzildə olsa da (ölən uşaqdan böyükdür), ona heç nə olmayıb, ehtimal olunur ki, o, nənəsinə veriləcək. Uşaqların atası isə onlarla yaşamırmış.

Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış.


***

Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Mehdi Səmədli dünyasını dəyişib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Mehdinin həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az