Lənkəran rayon sakini Serbiyada faciəli şəkildə ölüb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov çoxmərtəbəli binanın yeddinci mərtəbəsindən yıxılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib. O, dörd gün komada qalıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı gözlənilir. Mərhum işləmək üçün Serbiya Respublikasına gedibmiş.
Qeyd edək ki, o, idmanın ağır atletika (bodibildinq) növü ilə məşğul idi.