Kürdə boğulan şəxsin meyiti tapıldı - YENİLƏNİB

22:21 - 02 Avqust 2025

Kürdə boğulan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.


Manset.az Report-a istinadən xəbər verir ki, boğulan şəxs qəsəbə sakini 1980-ci il təvəllüdlü Abbasov Ulduz Barat oğludur.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

21:19

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az