Qubada yanğın törədənlər: Adlar - FOTO

20:34 - 04 Avqust 2025

Qubada yanğın törədənlər: Adlar - FOTO

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.


Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən Manset.az-a verilən xəbərə görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan şəxslərdən Bahadır Mehrəliyev həbs edilib, digər iki şəxs isə inzibati qaydada cərimələnib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az