Stadionda səhhəti pisləşən işçi öldü - Gəncədə bədbəxt hadisə

19:53 - 07 Avqust 2025

Stadionda səhhəti pisləşən işçi öldü - Gəncədə bədbəxt hadisə

Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.

Belə ki, orada çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.

İlkin məlumata görə, adıçəkilən şəxsin anidən səhhəti pisləşib və o dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az