Gəncədə iki nəfər bıçaqlanıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Emin Məmmədov və 2001-ci il təvəllüdlü Röyal Rüstəmov bıçaqlanıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.