Bakıda baş verən qəzaların ANBAAN VİDEOSU

11:29 - 11 Avqust 2025

Bakıda baş verən qəzaların ANBAAN VİDEOSU

"Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də bəzi sürücülərin hərəkət zamanı düzgün ara məsafəsi saxlamamalarıdır".


Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciətdə qeyd edib.

Bildirilib ki, müşahidə kameraları vasitəsilə qeydə alınan qəzaların təhlili göstərir ki, bu cür hadisələr, xüsusilə paytaxtın Heydər Əliyev, 8 Noyabr prospektləri, Aeroport və Mərdəkan şoseləri, həmçinin Buzovna-Zuğulba və digər yollarda qeydə alınır:

"Bununla yanaşı, müşahidələr onu da deməyə əsas verir ki, bəzi sürücülər yolun sol hərəkət zolağında sürətlə hərəkət edirlər, düzgün ara məsafəsi saxlamamaqla yanaşı, qarşıda sıxlıq yarandıqda və hər hansı bir maneə ilə qarşılaşdıqda qəfil və məcburi tormozlama nəticəsində zəncirvari qəzalara səbəb olurlar. Bu kimi hadisələr, təəssüf ki, bəzən ölüm və ya xəsarətlə nəticələnir.

NİİM bir daha "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin müvafiq bəndini sürücülərin diqqətinə çatdıraraq bildirir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır".

Bakıda ara məsafəsinin qorunmaması səbəbindən baş verən bəzi qəzaların görüntülərini təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az