Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yolun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə Şəmkir rayon Dəllər Cəyir kənd sakinləri - Çobanlı Kənan Xəqani oğlu və Məmmədli Süleyman Cəbrayıl oğlu aldığı xəsarətlərdən dünyasını dəyişiblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.